İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2043008682

Emissiya həcmi

30 000 000 AZN

Nominal qiyməti

1000 АZN

Hərrac qiyməti

1 003,25 AZN

İstiqrazların tədavül müddəti

19 il

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

BTB-Kapital İŞ ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.