Dövlətimizin koronavirusla mübarizəyə dəstək çağırışına Starex və Clinic Medical şirkətləri də qoşuldu.
Banco.az xəbər verir ki, adı çəkilən şirətlərin hər biri Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5.000 manat məbləğində vəsait ayırıb.
Qeyd edək ki, sözü gedən Fond Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.