Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin yanvar ayı ərzində 160 mln. manat həcmində əməliyyat həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, əməliyyatların həcmi əvvəlki ay ilə müqayisədə 7% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 14% artım qeydə alınıb.
Yanvar ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 44 mln. manatı ATM, 54 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən , 35 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.
Beləliklə, ölkədaxili əməliyyatların həcmi 133 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 13% azalma, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,7% artım deməkdir.
AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 27 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 42%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 12,5% çoxdur.
APA