"Anglo Asian Mining" Azərbaycanda qızıl istehsalını cüzi azaldıb | Banco.az

"Anglo Asian Mining" Azərbaycanda qızıl istehsalını cüzi azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti "Gədəbəy" müqavilə ərazisi üzrə 2026-cı ilin 3-cü rübü üçün hasilat nəticələrini açıqlayıb.

Banco.az şirkətə istinadən xəbər verir ki, şirkət ötən il 6 781 unsiya qızıl istehsal edib. Bu da illik müqayisədə 0,3% azdır. Belə ki, bu göstərici 2025-ci ilin eyni dövründə 6 798 unsiya təşkil edib.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram