Ukraynanın Ali Radasına informasiya sektorunda fəaliyyət göstərən xarici şirkətlərin vergiyə cəlb edilməsinin yeni qaydaları barədə qanun layihəsi təqdim olunub. Yeni qanunun qəbul ediləcəyi halda "Google", "Facebook" və "Microsoft" kimi şirkətlər 20 faiz dərəcəsi ilə əlavə dəyər vergisi ödəməli olacaqlar.
Qanun layihəsi təşəbbüsünü Ali Radanın maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Daniil Getmantsov irəli sürüb. "Bu qanun layihəsinin məqsədi fiziki şəxslərə elektron xidmətlər göstərən və tədarük məkanı Ukraynanın gömrük ərazisində yerləşən qeyri-rezidentlərin əlavə dəyər vergisinə cəlb olunması hesabına dövlət büdcəsi gəlirlərinin artırılmasıdır", - sənədin şərhlər bölməsində qeyd edilib.
Yeni vergitutma qaydaları fotoqrafiyaların, mətnlərin, elektron kitabların, jurnalların, oyunların, filmlərin təqdim olumasını, həmçinin müxtəlif elektron resurslardan və bulud texnologiyalarından istifadə olunmasını əhatə edəcək.
Vergiler.az