Xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri açıqlanıb | Banco.az

Xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ölkələrlə qarşılıqlı rabitə xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz azalaraq 113,205 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2019-cu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın Tədiyə Balansı göstəricilərinə istinadən xəbər verilir. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 71,971 mln. dollar məbləğində olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə qeyri-rezidentlərə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 21,3 faiz azalaraq 41,234 mln. dollar təşkil edib

APA-Economics

Ən sərfəli krediti almaq üçün müraciət et