Müəllif: Gülnar Əhmədli, Banco.az
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin yanvar-sentyabr aylarında 297 milyon 4 min manat təşkil edib. Bankın xalis mənfəəti illik müqayisədə 67 milyon 875 min manat və ya 29,6% artıb.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 oktyabr tarixinə Kapital Bank-ın aktivləri 15,4% artaraq 13 milyard 919 milyon 541 min manata bərabər olub.
Oktyabr ayının əvvəlinə Kapital Bank-ın kredit portfeli 6 milyard 391 milyon 310 min manat, depozit portfeli isə 10 milyard 305 milyon 862 min manat olub.
Bankın kredit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 959 milyon 259 min manat (17,7%), depozit portfeli isə 1 milyard 634 milyon 941 min manat (18,9%) artıb.


Bizi sosial şəbəkələrdən izləyin!!
