Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-ci ilin birinci yarımili ərzində bank sektoru üzrə qeyri-işlək kreditlərdə 62 mln. manat məbləğində silinmə baş verib.
Banco.az Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5.3 milyon manat və ya 9.3% çoxdur.
Məlumata görə, silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 92%-i (57 mln. manat) istehlak portfeli, 8%-i isə (5.1 mln. manat) biznes kreditləri üzrə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
