Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

12 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105021759 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.2917 AZN (9.0100%) və 101.1032  AZN (6.9000%) olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.5680 (7.1900%), orta ölçülmüş qiyməti 100.7394 (7.0969%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,619,100.00 AZN yerləşdirilmiş həcmi isə 10,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  09.11.2021-ci il.

Hərrac iştirakçıları 13 noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.