Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri, Türkiyə Mərkəzi Bankının (TCMB) cari ilin sonuna qədər faizi 0,75 bənd endirərək 13.25%-ə sala biləcəyi proqnozunu verib.
Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini İyul ayı yığıncağında 4,25 bənd endirərək 25%-dən 19,75%-ə, Sentyabr ayı yığıncağında isə 3,25 bənd endirərək 19.75%-dən 16.50%-ə, Oktyabr yığıncağında isə 2,50 bənd endirərək 16,50%-dən 14%-ə endirmişdir.
"Goldman" analitiklərinə görə, inflyasiyanın düşməsi faiz endiriminə imkan yaradacaqdır.
"Goldman", Türkiyə üzrə il sonu inflyasiya təxminini dəyişdirməyərək 11%-də saxlayıb.
Türkiyə Mərkəzi Bankı keçən həftə açıqladığı hesabatında, 2019-cu ilin sonu üçün inflyasiya təxminini 13.9%-dən 12%-ə endirmişdi.
Marja