Dünyanın 10 ən güclü telefonu – SİYAHI | Banco.az

Dünyanın 10 ən güclü telefonu – SİYAHI

İndi bütün dünya mobil telefonlardan istifadə edir. Bu günə qədər minlərlə telefon modeli istehsal olunub ki, bu da məşhur markalar arasında kəskin rəqabət yaradır. Bəs ən güclü yaddaşa sahib olan telefonlar hansı şirkətlər tərəfindən istehsal olunub? Bu rəqabətə ən yaxşı tab gətirə biləcək şirkət hansıdır?

Bu sualların cavabını araşdırılıb. Nəticə isə belədir:

10-cu pillədə “Smasung Galaxy S10 Plus” telefonu dayanır. 2,73 GHz sürət gücü, 4100 mAs batareya gücünə sahib olan telefonun 12GB daxili yaddaşı var. Qeyd edək ki, bu telefon markasına alıcılar tərəfindən yüksək tələbat var. 

9-cu pillənin sahibi “Apple İPhone XS”dir. Telefonun 2,5 GHz sürət gücü, 4 GB daxili yaddaşı və 2658 mAs batareya gücü var.

“VİVO İQ 00” 2,84 GHz sürət gücü, 12 GB daxili yaddaşı, 4000 mAs batareya gücü ilə 8-ci yerdə dayanır.

Siyahının 7-ci pilləsi “APPLE İphone XS max”a məxsusdur. Cihaz 2,5 GHz sürət gücü, 4GB daxili yaddaş və 3174 mAs gücə sahib batareya ilə təchiz edilib.

Ən güclü telefonlardan 6-cısı “MEIZU 16S”-dır. Bu telefonun sürət gücü 2,84 GHz-dir. Daxili yaddaşı 8 GB, batareya gücü isə 3600 mAs-dır.

Ən sərfəli kredit üçün müraciət et

“ASUS ZENFONE 6” telefonu 2,84 GHz sürət gücünə sahibdir. Daxili yaddaşı 8 GB olan cihazın batareya gücü 5000 mAs-dır. Bu səbəbdən də telefon siyahımızda 5-ci yerdədir.

4-cü yerdə “Samsung Galaxy FOLD” telefonudur. Sürət gücü 2,84 GHz, daxili yaddaşı 12 GB, batareyasının gücü isə 4380 mAs-dır.

Bu günə qədər istehsal olunan ən güclü 3 telefon hansıdır?

Bunlardan 3-cüsü “ONEPLUS 7 Pro” telefonudur. 2,84 GHz sürət gücünə sahib olan bu cihaz 12 GB daxili yaddaş və 4000 mAs gücündə batareya ilə təchiz olunub.

“Lenovo Z5 pro GT” 2,84 GHz sürət gücü, 12 GB daxili yaddaşı və 3350 mAs gücündəki batareyası ilə 2-ci pillədə dayanır.

Nəhayət, siyahının zirvəsində dayanan “XİAOMİ MI 9”. Bu telefonun sürət gücü 2,84 GHz, daxili yaddaşı 8 GB, batareyasının gücü isə 3300 mAs-dır.

Sonda belə nəticəyə gəlirik ki, “Ən güclü telefon” yarışmasında müxtəlif şirkətlər rəqabət aparır. Bəs siz hansı telefonu “ən güclü” hesab edirsiniz?

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et