Sahibkarlar “Asan İmza”nı onlayn ala biləcəklər | Banco.az

Sahibkarlar “Asan İmza”nı onlayn ala biləcəklər

“Asan İmza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır.

Bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib.

“Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “Asan İmza” sertifikatı ala biləcəklər”,- o bildirib. 

report.az