Rusiya Federasiyası Baş nazirinin birinci müavini, Maliyyə naziri Anton Sulianov qeyd edib ki, büdcəyə daxil olan əlavə 650 milyard rubl (17,6 milyard manat ) ümumi daxili məhsulun 0,6 faizini təşkil edir. Onun sözlərinə görə, əldə edilən əlavə vəsait iqtisadi artımın stimullaşdırılmasına yönəldilir.
Qeyd edək ki, Rusiyada əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi 2019-cu il yanvarın 1-dən 18 faizdən 20 faizə qaldırılmışdı.
Anton Sulianov qeyd edib ki, ƏDV dərəcəsinin qaldırılmasının inflyasiyaya təsiri gözlənildiyindən az olub: "Bu o deməkdir ki, kredit resurslarının dəyəri sürətlə düşməyə başlayıb. Ümumilikdə iqtisadiyyata təsirinə gəldikdə isə, ƏDV neytral vergidir. Bazar rəqabətqabiliyyətli olduqda ƏDV-nin dərəcəsinin artırılması malların qiymətlərinin artımına səbəb olmaya da bilər. Yeri gəlmişkən, sosial əhəmiyyət daşıyan məhsullar və ərzaq məhsulları üçün ƏDV dərəcəsi artırılmamışdı", - Baş nazirin birinci müavini vurğulayıb.
Vergiler.az