İki aydır Azərbaycanın ixracı və idxalı azalır | Banco.az

İki aydır Azərbaycanın ixracı və idxalı azalır

2019-cu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 994 milyon 659 min ABŞ dolları təşkil edib.

İdxal əməliyyatları üzrə 7 milyard 15 milyon 633 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 9 milyard 979 milyon 26 min ABŞ dolları ticarət aparılıb və 2 milyard 963 milyon 393 min dollar müsbət saldo yaranıb.

Ötən ilin birinci yarısı ilə müqayisədə ixrac 15,2%, idxal 50,6% artıb, müsbət saldo isə 26% azalıb.

 

AYLIQ MÜQAYİSƏDƏ İXRAC VƏ İDXAL AZALIR

İyunda ixrac 1 milyard 358 milyon 136 min dollar, idxal 1 milyard 180 milyon 200 min dollar, müsbət saldo isə 177 milyon 936 min dollar təşkil edib.

Mayda ixrac 1 milyard 531 milyon 180 min dollar, idxal 1 milyard 283 milyon 871 min dollar, müsbət saldo isə 247 milyon 308 min dollar təşkil etmişdi.

Aprel ayı ilə müqayisədə May ayında da Azərbaycanın ixracı və idxalı azalmışdı.

Marja