Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) fəaliyyət göstərdiyi istiqamətlər üzrə silsilə seminarlar və təlimlər təşkil etməyi planlaşdırır. Bu çərçivədə ilk tədbir olaraq “Sığortaçının subroqasiya hüququ ilə bağlı üzləşə biləcəyi problemlərin həlli yolları” mövzusunda seminar keçiriləcəkdir. Seminarda iştirak edəcək şəxslər subroqasiya hüququ ilə bağlı milli qanunvericilikdə nəzərdə tutulan müddəaların mahiyyəti barədə ətraflı məlumat əldə etməklə yanaşı, bu hüquqla tənzimlənən münasibətlərdən irəli gələn problemlərin həlli yolları ilə bağlı praktiki biliklər əldə edəcəklər.
Təlimçi: Mübariz Yolçiyev (Hüquq üzrə fəlsəfə doktoru, dosent)
Bakalavr, magistr və doktorantura təhsilini Türkiyə Respublikası Selcuq Universitetində almışdır. 2012-ci ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsinə, 2016-cı ildə “dosent” elmi adına layiq görülmüşdür. Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasında dosent olaraq fəaliyyət göstərir, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür. Tədqiqat və tədris sahələrinə sahibkarlıq hüququ, kommersiya təşkilatları (şirkətlər) hüququ, sığorta hüququ, əqli və sənaye mülkiyyəti hüququ, qiymətli kağızlar hüququ, öhdəliklər hüququ və.s daxildir. “Sığorta hüququ” adlı dərslik və “Sığortaçının varisliyə əsaslanan reqress hüququ” adlı monoqrafiyanın müəllifi, 2014-cü ildə nəşr olunmuş “Azərbaycan Hüquq Lüğəti”nin isə həmmüəlliflərindən biridir.
Tarix: 17 İyul 2019
Saat: 16:00
Məkan: ARPA-nın ofisi (İstiqlaliyyət küç. 31 C, İçərişəhər ms. yaxınlığı)
İştirak haqqı: 80 AZN
Seminarda iştirak edəcək şəxslər https://bit.ly/31XCXuO linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.