“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib | Banco.az

“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib

12 aprel 2019-cu il tarixində İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib.Görüş Səhiyyə İşçiləri həmkarlar ittifaqı təşkilatlarınınəməkdaşlarını icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər barədə məlumatlandırmaq məqsədi ilə təşkil edilib.

Görüşdə 110-a yaxın Səhiyyə İşçiləri həmkarlar ittifaqı təşkilatının əməkdaşları iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev icbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığının qorunması baxımından vacibislahat olduğunu bildirib. E.Əfəndiyev qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmlənməsinə müsbət təsir göstərəcək.

Agentliyin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovicbari tibbi sığortanın mahiyyəti, sistemintətbiqinin səhiyyənin inkişafınatöhfəsi və pilot ərazilər üzrə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) tibbi statistik göstəricilər barədə iştirakçılara məlumat verib. O həmçinin, tibb işçilərinin nüfuzunun, sosial rifahının və peşəkarlığının artırılması istiqamətində pilot layihə çərçivəsində atılan addımlardan danışıb,  tibb personalının iş şəraitinin yaxşılaşdığını, xəstəxanalarda qeydiyyat sisteminin yenidən qurulduğunu və onların maddi-texniki bazalarınıngücləndirildiyini diqqətə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsiqaydalarından danışan Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta modelləri, universal tibbi təminat, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləribarədəçıxış edib.Onun sözlərinə görə, icbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib.A.Nəsirov eyni zamanda icbari tibbi sığortahaqqını ödəməkdən azad olunan əhali qrupları barədə də danışıb.

Agentliyin Səhiyyə siyasəti və klinikikodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “Tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi: hazırlıq tədbirləri” mövzusunda danışıb. O bildirib ki, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədilə xəstəxanaların qeydiyyat sisteminin təkmilləşdirilməsi və təchizatının yaxşılaşdırılması, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi vacibdir. Ş.İsmayılova həmçinin, icbari tibbi sığortanın xidmətlər zərfi barədə də məlumat verib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasınındirektoru Könül Ələkbərov icbari tibbi sığorta sistemində tibb müəssisələrinin yeni idarəedilməsimexanizmlərindən danışıb. Direktor qeyd edib ki, rəhbərlik etdiyi tibb müəssisəsində çevik idarəetmənin təmin olunmasıüçünşöbələr yeni struktura uyğun formalaşdırılıb, kadrlar yeni struktura uyğun yerləşdirilib vətibb müəssisəsinin maddi-texniki bazası yenilənib.

Sondaiştirakçıları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.