Mingəçevir üçün pul ayrıldı - SƏRƏNCAM | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Mingəçevir üçün pul ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncamı imzalayıb.

Sərəncam ilə, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə  2019-cu il dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 7 milyon manat ayrılıb.

marja