Son 3 ayda vergi qeydiyyatına alınan kommersiya hüquqi şəxslərin 81,3%-i elektron şəkildə müraciət edib.
Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Ə.Məmmədovun sözlərinə görə, ötən ilin sonunda bu rəqəm 69,8% olub: "Bu isə təxminən 11-12%-lik artım deməkdir".
Nazirlik rəsmisi yaxın günlərdə fiziki şəxslərin də elektron qeydiyyata alınacağını açıqlayıb:
"Artıq fiziki şəxslərin də elektron şəkildə qeydiyyata alınmasına başlamağı düşünürük. Bununla bağlı iş gedir. Fiziki şəxslər də FİN-kod və mobil identifikasiya vasitəsi ilə onlayn şəkildə qeydiyyata alınacaq".
Marja