Meksika hökuməti vergi amnistiyasının müddətini uzadıb | Banco.az

Meksika hökuməti vergi amnistiyasının müddətini uzadıb

Meksikanın Daxili Gəlirlər İdarəsi bəyan edilməmiş xarici aktivlərin və gəlirlərin qaytarılması üçün müəyyənləşdirdiyi vergi amnistiyasının müddətini bu ilin 19 oktyabrınadək uzatmaq barədə qərar qəbul edib. Amnistiya ilk dəfə 2018-ci il yanvarın 18-də ölkədə altı ay müddətinə elan edilmişdi. Bu tədbirə əsasən, vergi ödəyiciləri 31 dekabr 2016-cı ildən sonra bəyan edilməmiş xarici gəlirlər üçün vergilərini 8 faizlik aşağı dərəcə ilə ödəyə bilərlər.

Qeyd edək ki, Meksikada gəlir vergisinin standart dərəcəsi 30 faiz təşkil edir (bu verginin yuxarı dərəcəsi isə 35 faizə çatır). Vergi amnistiyası yalnız o halda tətbiq edilir ki, qaytarılmış pullar torpaq və binalar da daxil olmaqla əsas vəsaitlərin əldə edilməsi üçün sərmayə kimi istifadə olunsun. Vəsaitlərin qaytarılması isə yalnız Meksika bankları və broker evləri vasitəsilə həyata keçirilə bilər. Amnistiya vergi ödəyicilərinin audit və ya vergi orqanlarının yoxlaması nəticəsində aşkar edilmiş aktivlərinə və gəlirlərinə tətbiq olunmur, tətbiq edilmədiyi gəlirlərə qeyri-qanuni fəaliyyət nəticəsində əldə olunmuş gəlirlər də daxildir.

Ən sərfəli kredit üçün müraciət et