2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
BP- Azərbaycan şirkətinin hesabatına görə, 2017-ci illə müqayisədə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 86 nəfər artıb.
2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər idi.
2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi.
"BP çox məmnundur ki, bu öhdəlik ilin ortasına yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir",- Hesabatda deyilir.
marja