Almaniyanın Federal Statistika Bürosu tərəfindən Çərşənbə günü yayılan məlumatlara görə, ölkədə zavodların sifarişləri Dekabrda əvvəlki aya nisbətən 1.6% azalma qeyd edib. Gözlənti aylıq 0.2 faiz artım olacağı istiqamətində idi.
Açıqlanan məlumatlara görə, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya zavodların sifarişləri iillik müqayisədə 7 faiz geriləyib. Proqnoz təxminən 6.7 faiz geriləmə olacağı istiqamətində idi.
İnvestisiya malları sifarişləri həmin dövrdə aylıq 2.5 faiz azalıb. İstehlakçı malları sifarişləri isə aylıq 4.2% artıb.
Xəbərdən sonra Avro daha da ucuzlaşıb. Avro/Dollar məzənnəsi 0,3% geriləmə ilə 1.1384 səviyyəsinə düşüb.
marja