Brent neftinin qiyməti 63 dolları keçib.
Bakı vaxtı ilə saat 15:15-də Brent nefti 0,5% bahalaşma ilə 63.05 dollardan alıcı tapıb.
Neft qiymətləri, ABŞ-da hasilatın artımasının səngiməsinə dair işarələr və ABŞ-ın Venesuelaya sanksiyaları ilə əlaqədar olaraq qalxır.
Neft sahəsinə xidmət şirkəti "Baker Hughes"ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı təxminən doqquz ayın ən aşağı səviyyəsinə düşüb.
Həmçinin "Bloomberg"in sorğusuna görə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) xam neft hasilatı Yanvar ayında iki ilin ən böyük tənəzzülünü reallaşdırıb.
marja