Beynəlxalq maliyyə bazarlarında avronun qiymətində ucuzlaşma və Brent neftində bahalaşma tendensiyası investorların diqqət mərkəzindədir.
Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının açıqlamalarından sonra avronun qiymətində müşahidə edilən ucuzlaşma, öz təsirini bütün bazarlarda göstərib. EUR/USD məzənnəsi 1.13$-a ticarət edilməkdədir və gün ərzində daha da ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 1.12$-a kimi də ucuzlaşa bilər.
Brent nefti 65$-a kimi də bahalaşa bilər.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti yenidən bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət 62.30$-ı da yuxarı istiqamətdə qırarsa, 64.46$-a kimi də dəyər qazana bilər.
InvestAz