PAŞA Bankın dəstəyi ilə “Blockchain Azərbaycan 2018” konfransı keçirildi | Banco.az

PAŞA Bankın dəstəyi ilə “Blockchain Azərbaycan 2018” konfransı keçirildi

Dekabrın 7-də Azərbaycan aparıcı korporativ bankı PAŞA Bankın baş sponsorluğu və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatı dəstəyi ilə “Blockchain Azərbaycan 2018” konfransı keçirildi.

Ölkənin paytaxtında baş tutan konfransda həm dövlət, həm özəl sektor nümayəndələri ilə yanaşı beynəlxalq mütəxəssislər bu texnologiyanın tətbiqi sahələri və inkişaf perspektivləri haqqında öz bilik və təcrübələrini bölüşüblər. Tədbirin iştirakçıları maliyyə sektorunda blockchain texnologiyasının tətbiqi, bu sahənin standartları və son trendləri kimi mövzuları ətraflı müzakirə etdilər. Konfransın sonunda blockchain texnologiyasından istifadə edərək yeni həllər, “smart”-kontraktlar və layihələrin yaradılması mövzusunda praktiki təlim keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Blockchain Azərbaycan 2018” konfransın gedişatına 300 nəfərdən çox iştirakçı qatılıb.