Azərbaycanda kredit və depozitlərdə dollarlaşma səviyyəsi azalıb | Banco.az

Azərbaycanda kredit və depozitlərdə dollarlaşma səviyyəsi azalıb

“2016-2018-ci ilin I yarısı ərzində Azərbaycanda kredit və depozitlərdə dollarlaşma səviyyəsi azalıb”.

Bu barədə "Fich" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2019 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" (" Fitch Ratings 2019 Outlook: CIS & Georgian Banks”) adlı hesabatında deyilir.

“Fitch” analitikləri hesab edir ki, kreditlərdə yüksək dollarlaşma bank sektorunda aktivlərin keyfiyyətinə təzyiq göstərir: “Çünki, borcalanların əksəriyyətinin gəlirləri xarici valyutada olmadığından onlar öz öhdəliklərini yetirə bilmir. Kredit və depozitlərdə dollarlaşma səviyyəsi hələ də Azərbaycanın bank sektoru üçün əsas risklərdən sayılır”.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssislərin fikrincə, depozitlərin dollarlaşması bankların yerli valyutada kredit ayırmasını da məhdudlaşdırır.

“Bizim hesablamalarımıza görə, bank sektorunda gecikdirilmiş borclar orta hesabla 20% səviyyəsində sabitləşib, ehtiyat ayırmalarının həcmi isə 2016-cı ildəki 51%-dən bu ilin I yarısına 70%-dək yüksəlib. Bununla yanaşı, banklarda mühüm həcmdə hazırda işlək kimi təsnifləşdirilən restrukturizasiya olunmuş kreditlər mövcuddur. Biz hesab edirki ki, qarşıdakı bir neçə ildə banklar problemli kreditlərdən əldə olunan gəlirləri dəyərsizləşmə mənfəəti kimi tanıyacaq”, - deyə məlumatda vurğulanıb. 

© Report