Tanınmış markalar Şaxta Babanın xizəyini dizayn etsələr, necə olar? | Banco.az

Tanınmış markalar Şaxta Babanın xizəyini dizayn etsələr, necə olar?

Yeni ilin yaxınlaşması ilə birlikdə bir çox marka da yeni ilə özəl kampaniyalarını yavaş-yavaş elan etməyə başlayıb. Birləşmiş Krallığa məxsus Red Letter Days adlı hədiyə şirkəti də bu ilki Yeni İl kampaniyasında Şaxta babanın xizəyinə yönəlib və bu minvalla da “Şaxta Babanın xizəyi günümüzün tanınmış markaları tərəfindən dizayn edilsəydi, necə olardı?” sualına cavab tapmağa çalışıb.

Həmçinin oxu: Tanınmış firmaların loqoları əşya olsaydı hansı məqsədlərlə istifadə edilərdi?

Şirkət 5 tanınmış markanın perspektivləri ilə hazırlanmış beş fərqli müasir xizək dizaynını öz internet saylarında yayımlayıb. Təbii ki, bu dizaynlar hazırlanarkən Şaxta Babanın hədiyyələrini bütün dünyaya paylamaq üçün təqribən altı aya ehtiyacı olduğu fikri də nəzərə alınıb.

IKEA

Animated GIF

Şaxta Baba xizəyinin IKEA versiyası, bu markadan gözlənildiyi kimi olduqca sadə və dəbli dizayna sahibdir. Skandinaviya tərzini əks etdirən bu IKEA Sladtur adlı bu xizək, hədiyyələri və digər lazımlı şeyləri saxlamaq üçün geniş bölmələrə sahibdir və markanın mavi və sarı rənglərini də özündə əks etdirir. Bununla yanaşı alət qutusunda Rudolf (Şaxta babanın məşhur doqquzuncu maralı) üçün Daim tort (IKEA – da satılan tort) da qoyulmuşdur.

Ferrari

Animated GIF

Ferrari F1 SLGH18 adlı bu xizək 950 maral gücündə super enerji saxlama qabiliyyəti ilə hədiyyə təslimat sistemidir. Ferrari – nin Formula 1 tərzini əks etdirən bu yüksək gücə malik xizək, Şaxta Babanın sadəcə 2.5 saniyədə 160 km sürətə çatmasını təmin edir. Şaxta baba bu xizəklə rekord bir müddət ərzində dünyanı dolana bilər.

Ən sərfəli kredit üçün müraciət et

Carlsberg

Animated GIF

Yeni ilə uyğun yaşıl rəngi, Yeni il mahnılarını ən yaxşı səviyyədə dinləməyə imkan yaradan son model səs sistemi, eksteryer isidiciləri və geniş interyer dizaynı ilə markanın bu xizəyinin ehtimal ki, dünyadakı ən yaxşı xizək olduğu ifadə edilir. Bununla yanaşı xizəkdə Rudolfun yerini işin çox hissəsini icra edən şimşək sürətli tək buynuzlu və qanadlı at əvəzləyir.

Red Bull

Red Bull həm xizək dizaynını başqa bir səviyyəyə qaldırır, həm də suda, havada və qarda hərəkət edə bilən bir xizək təqdim edir. Markanın xizəyi xüsusi yanacaq ilə işləyir, belə ki, yanacaq olaraq sadəcə şəkər, kofein, taurin və B vitaminindən istifadə edilir. Bununla yanaşı xizəyin üzərində Red Bull firmasının öyrəşdiyimiz qırmızı rəngli boyasının əvəzinə qırmızı maral təsviri əks olunub.

Apple

Apple firmasının Şaxta baba üçün hazırladığı bu xizək gözlənildiyi kimi çox dəbli və minimalist bir dizayna sahibdir və inkişaf etmiş texnologiyaya əsaslanır. Xizəkdəki sensor ekranlı idarə etmə paneli Google Maps, BBC Weather, Elfstagram ve Uber kimi tətbiqlərə çıxışı təmin edir.

Həmçinin oxu: Ən qeyri-adi dizayn nümunələri

Tamara Mustafayeva, Banco.az