Biz adətən zərif və gözəl sözlərini dəbdəbəli məkanlar və ya markalar üçün istifadə edirik və bu da dərhal zehnimizdə “bahalı” anlayışını formalaşdırır. Ancaq IKEA yeni yayımladığı 2 reklam filmi ilə bu düşüncə tərzini dəyişdirməyə çalışıb.
Həmçinin oxu: IKEA Obamanın əyləşdiyi kreslonu satışa çıxarıb
IKEA şirkətinin İspaniya nümayəndəliyinin “McCann İspaniya” ilə həyata keçirdiyi yeni reklam filmlərində dəbdəbəli mühitlər, əşyalar və geyimlərin içərisində filmlərin sonunda IKEA məhsulları göstərilir. İspan dilinin ahəngində incəsənət əsərləri ilə dolu bu mühitdəki IKEA məhsulları yaradılmış ab-havanı əsla pozmur və reklam filmlərinin əsas qəhrəmanları filmlərin sonunda bu vəziyyətə çox təəccüblənirlər.
Həmçinin oxu: Dünyaca tanınmış şirkətlərin ilk məhsullarından xəbəriniz varmı?
Tamara Mustafayeva, Banco.az