Ziraat Bank Azərbaycanın qazancı AZALIB - HESABAT | Banco.az

Ziraat Bank Azərbaycanın qazancı AZALIB - HESABAT

“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin 9 ayını 1 milyon 604 min manat xalis mənfəətlə başa vurub. Müqayisə edək ki, Bank ötən ilin 9 ayını 3 milyon 157 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə azalıb.

Müqayisə olunan dövrdə, Bankın faiz gəlirləri 8 milyon 306 min manatdan 9 milyon 596 min manata, qeyri-faiz gəlirləri siə 3 milyon 19 min manatdan 3 milyon 467 min manata yüksəlib.

“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti isə, gəlirlərin artması ilə bərabər xərclər artdığı üçün 4 milyon 525 min manatdan 4 milyon 358 min manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bank 4 milyon 358 min manat  əməliyyat mənfəətinin 2 milyon 516 min manatını kredit və depozit itkiləri üzrə ehtiyata ayırıb. Eyni zamanda, Bank 237 min manat mənfəət vergisi ödəyib.

Ötən ilin 9 ayında “Ziraat Bank Azərbaycan” 992 min manat ehtiyatlara ayırdığından daha çox xalis mənfəət əldə etmişdi. Bu il  ehtiyatlara ayırmaların artması Bankda kredit və depozit itkilərinin baş verəcəyi ehtimalının güclənməsidir.

Marja.az