Tamara Mustafayeva, Banco.az
Stiv Cobs yaradıcılığı, işinə bağlılığı və təfərrüatlara yönəlməsi sayəsində milyonçu olmağa nail olub. Sözün əsl mənasında nümunə göstəriləsi insan idi, ancaq bir o qədər də təzadlı... Elm və texnologiya ilə yeni bir dövrün başlanğıcını qoyan sirli dünya azarkeşi... Realist idi, ancaq eyni zamanda eqoist, gələcək yönümlü düşünən, həmçinin sabit fikirli...
Bütün bunlar Stiv Cobs haqqında bildiklərimizdir, bəs bilmədiyimiz həqiqətlər varmı? Bugünkü məqaləmizdə tanınmış milyonçunun həyatı haqqında çoxlarına bəlli olmayan maraqlı faktları araşdırmışıq.
Həmçinin oxu: Texnologiya tarixinə damğa vurmuş 5 SƏHV proqnoz
1. Buddist keşiş
Cobs həyatının böyük əksəriyyətini buddist keşiş olaraq keçirib desək, yanılmarıq.
İnanılmaz səslənsə də, Cobsun gənclik xəyalı buddist keşiş olmaq idi.
Bir sıra buddist fəaliyyətlərdə iştirak etdikdən sonra bir keşiş kimi yaşamağa meyl edən Cobs bu arzusu uğrunda saçlarını da təraş etmişdi.
2. Balıq aludəçisi
Stiv Cobs pesketeryan (balıq yeyə bilən vegeretian) idi. Walter Issacson–un qələmə aldığı Stiv Cobsun həyatından bəhs edən kitabda qeyd edilir ki, Stiv yerkökü və alma yeməyi çox sevirdi və iki gün ərzində təkcə bu qidalarla yaşaya bilərdi.
Həmçinin oxu: Həyatın hər anında xatırlamalı olduğumuz cümlə: Memento Mori
3. Təhsilsiz milyonçu
Fərdi kompüterlərin yaradıcılarından Bill Qeyts və Steve Wozniak kimi Cobs da təhsilini yarıda buraxıb. Stiv Cobs akademik struktur və iyerarxiyalar ilə bir müddət mübarizə aparsa da, daha sonra Oreqon ştatında yerləşən Reed College–i tərk etdi.
4. Övladlıq
Stiv Cobs milyonçu olaraq dünyaya gəlməyib. Hətta dünyaya göz açdıqdan qısa müddət sonra övladlıq verilib. Paul-Clara Cobs cütlüyü tərəfindən böyüdülüb. Doğma ailəsi isə münasibətləri və evlilikləri ailələri tərəfindən qəbul edilməyən bir cütlük idi.
Bolluq içində yaşamadığı sadə bir həyat sürüb.
Həftədə bir dəfə yaxşı yemək yeyə bilməsinə kömək edən, qazancının bir neçə dollardan çox olmadığı şüşə toplama işində çalışırdı. Ancaq sahib olduğu əzm və zəka sayəsində “Apple” şirkətini qurub uğura nail oldu.
5. Bacısını gec tanıması
Stiv Cobs doğma bacısı tanınmış yazıçı Mona Simpson ilə ancaq 27 yaşında olarkən tanış oldu.
Qeyd edək ki, Monanın “Anywhere But Here” adlı ilk romanı valideynləri ilə bağlı xatirələr haqqında idisə, “A Regular Guy” adlı digər bir romanı isə Cobsla bağlıdır.
6. Cəsarətli addımlar
Cobs 1985–ci ildə Apple şirkəti ilə yollarını ayırdıqdan sonra NASA–ya kosmonavt olmaq üçün müraciət etmiş, ancaq rədd cavabı almışdı.
7. Şirkətin adının hekayəsi
Apple şirkətinin Stiv Cobsun evinin qarajında Cobs və onun universitetdən olan tək dostu Steve Wozniak tərəfindən qurulması hər kəsə məlum olan bir həqiqətdir.
Ancaq təəccüblü məqam odur ki, bəzi insanlar Stiv Cobsun yeni qurduqları şirkətin adını “Beatles” musiqi qrupunun 1960–cı illərdə təsis etdiyi “Apple Records” adlı musiqi şirkətinə istinad edərək “Apple” qoyduğunu düşünürlər.
Məsələ ilə bağlı 2007–ci ildə hüquqi prosedura başladılır və hər iki tərəf qarşılıqlı razılıq əldə edərək məhkəmə işini bağladırlar.
Həqiqətə daha yaxın olduğu düşünülən başqa bir mənbəyə əsasən isə “Apple” adını Cobsun alma bağlarından ilham alaraq qoyduğu deyilir. Cobs özü isə Apple adının “əyləncəli, öz ruhu olan və təhdidkar olmayan” bir ad olduğunu söyləyirdi.
Şirkətin ilk loqosu bir alma ağacının altında oturan Nyutonu təsvir edirdi.
8. Apple–ın #0 nömrəli işçisi
Stiv bu günə qədərki ən əzmli işçilərdən biri idi!
Steve Wozniak Apple şirkətinin #1 nömrəli işçisi olduğu zaman Stiv ona qalib gəlmək üçün çox çalışaraq onu keçdi və #0 nömrəli işçi oldu.
9. Peşmanlıq
Narahatlığa əsas yoxdur, peşmanlıq yaşayan Cobs deyil. Belə ki, Steve Wozniak və Stiv Cobs yeni bir işə başlayanda Ronald Wayne adlı üçüncü bir dostları da onlarla birlikdə idi. Ancaq Ronald Wayne qısa bir müddət sonra layihəyə olan inamını itirdi. Şirkətdəki hissəsini digər iki ortağına 800 dollara satdı. Satılmamış olsaydı, Wayne–nin səhmləri 75.5 milyard dollar dəyərində olacaqdı. Necə də böyük peşmanlıq!
10. Şirkətdəki illik maaşı cəmi 1 dollar
300 milyard dollar dəyərindəki bir şirkətin CEO–su olmasına baxmayaraq, Stiv Cobsun illik maaşının hər hansı sıravi şirkət işçisindən daha az olduğunu bilirdinizmi?
Şirkətin ən az maaşlı işçisi o idi.
Apple şirkətində fəaliyyət göstərdiyi illər ərzində sadəcə 1 dollar kimi simvolik bir maaş alırdı. 5.5 milyon dəyərindəki şirkət səhmləri ona yaşamaq üçün kifayət edirdi. Vəfat etdiyi zaman sərvəti 10.2 milyard dollar dəyərində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!