Azərbaycanda mal əti üzrə özünütəminetmə kəskin azalıb | Banco.az

Azərbaycanda mal əti üzrə özünütəminetmə kəskin azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ildə ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,3% təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 0,1 faiz bəndi azdır.

Hesabat dövründə mal əti üzrə özünütəminetmə 83,7%, qoyun və keçi əti və ət məhsulları üzrə 94,2%, donuz əti və ət məhsulları üzrə 4,4%, quş əti və ət məhsulları üzrə 81,9%, süd və süd məhsulları üzrə 81%, yumurta üzrə 104%, balıq və balıq məhsulları üzrə isə 81,1% təşkil edib.

2024-cü ildə bu göstəricilər müvafiq olaraq 88,5%, 96,5%, 4,6%, 76,6%, 83,9%, 103,7%, 77,3% olub.

Hesabatdan görünür ki, Azərbaycan yalnız yumurta üzrə özü-özünü tam təmin edə bilir. Digər məhsullarda isə idxaldan müəyyən qədər asılılıq mövcuddur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram