“Çin ilə ABŞ arasındakı ticarət gərginliyindən narahatam” | Banco.az

“Çin ilə ABŞ arasındakı ticarət gərginliyindən narahatam”

Beynəlxalq Valyuta Fondunun (BVF) Balidə keçirilən illik iclasında çıxış edən Dünya Bankının sədri Cim Yonq Kim (Jim Yong Kim) Çin və ABŞ arasındakı ticarət gərginliyindən ciddi narahatlıq duyduğunu bildirib, bütün ölkələrin gömrük tariflərini yüksəltməsi halında bu vəziyyətin qlobal inkişafa zərbə vuracağı ilə bağlı xəbərdarlıq edib.

Həmçinin oxu: BVF - in Azərbaycan iqtisadiyyatına dair proqnozları

Ən sərfəli kredit üçün müraciət et

Kim ticarət müharibəsinin Çinə mal və xidmət tədarükü həyata keçirən ölkələrə təsirini başa düşmək üçün daha çox işlərin görülməli olduğunu söyləyib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Bali adasında keçirilən BVF və Dünya Bankının illik iclasının açılışında çıxış edən BVF – in sədri Christine Lagarde ölkələrə ticarət ixtilaflarını azaldaraq qlobal ticarət qaydalarını pozmaq əvəzinə onları bərpa etmə çağırışı edib.

Tamara Mustafayeva, Banco.az