Beynəlxalq Valyuta Fondu (BVF) 2019 – cu il üçün ABŞ iqtisadiyyatına dair iqtisadi artım proqnozunu Çin ilə davam edən “ticarət müharibəsi” səbəbilə 2.7% - dən 2.5% - ə endirib.
“Allianz SE” beynəlxalq sığorta-maliyyə holdinqinin iqtisadi baş müşaviri Muhammed A. El-Erian bu yeni proqnozu “bədbin” hesab etdiyini, ABŞ iqtisadiyyatının inkişafa meylli olduğunu bildirib.
El-Erian CNBC – yə verdiyi müsahibədə “daxili tələbə təsir göstərən üç amil var, daha da güclənilməsi gözlənilən dövlət xərcləri, təsərrüfat xərcləri və şirkət yatırımları. Odur ki, bu il və gələn il 3% - lik inkişaf göstəricisi məni təəccübləndirməz”, deyə bildirib.
BVF - in Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu oxumaq üçün linkə keçid edə bilərsiniz.
Tamara Mustafayeva, Banco.az