Dövlətin çap etdiyi pul kütləsi onu necə iqtisadi krizisə sala bilər? | Banco.az

Dövlətin çap etdiyi pul kütləsi onu necə iqtisadi krizisə sala bilər?

Pul dövlətə lazım olduğu kimi, dövlətlərin də axırına çıxa bilən əsas məsələdir. Hətta maliyyə tarixinə baxsaq bir çox krizislərin puldan qaynaqlandığını görə bilərik. Hətta araşdırmalara görə dövlətin pul kütləsinin artması iqtisadi inkişafı azaldır. ABŞ universitetlərində işləyən iqtisadi fəlsəfi doktorların fikrinə görə,  dövlətin iqtisadi inkişafının əsas göstəricisi texnologiya və elm əmsalıdır, hətta buna TS ratio da deyirlər, yəni technology science ratio. 

Son illərdə dünyada iqtisadiyyatın inkişafına görə fərqlənən Çin, Yaponiya, ABŞ kimi ölkələrin nə qədər borclarının olmasına baxmayaraq mövcud olan texnoloji və elmi inkişaf bizə bunu reallıqla göstərir.  Bəs yaxşı pul kütləsi dövləti necə krizisə sala bilər. Yaxşı bir deyim var, çoxluq əslində yoxluqdur. Yəni dövlətin əlində çox pul məbləğinin cəmləşməsi heç də real pul həcmini göstərmir. Almaniyada aparılan bir tədqiqata görə, dövlətin pul kütləsi artıqca insanlar puldan doymağa başlayır və bezir. Əslində bunun bir səbəbi psixoloji amil olsa da  bir səbəbi də, artıq pul kütləsi amilidir. 

Həm də mövcud olan pul kütləsi daima dövr etdiyindən, dövlətin aktivinə çevrilə bilmir. Lakin likvid olmayan digər bütün varlıqlar dövlətin real aktivləri olur. Məsələn aparılan araşdırmaya görə universitetdən məzun olan tələbələrin sayı dövlətin xəzinəsində olan puldan çox dövlətə xeyir gətirir, bu istər iqtisadi istərsə də sosial ola bilər. Ya da ki, dövlət müəssisələrin istehsal etdikləri texnoloji avadanlıqların dövlətə verdiyi fayda puldan çoxdur. 

Yaxşı bu qədər danışdım, pul kütləsi dövlətə necə mənfi təsir edə bilər axı? . Gəlin aşağıdakı keyslərə baxaq.

1) İnflyasiya - Müəyyən müddət ərzində əm təə və xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərinin artması nəticəsində pulun dəyərdən düşməsi, dəyərsizləşməsi. Başqa sözlə, inflyasiya pul tədavülü kanallarının əlavə (artıq) pul kütləsi ilə dolması, yaxud pul tədavülü kanallarının tələbatından artıq həcmdə pul kütləsinin dövriyyəyə buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir. İnflyasiya iqtisadi tarazlığı pozduğundan və iqtisadi böhrana səbəb olduğundan dövlət bu və ya digər iqtisadi-maliyyə alətləri (tədbirləri) vasitəsilə bu prosesin qarşısını almağa çalışır ki, bu da anti-inflyasiya siyasəti adlanır. İqtisadiyyatda inflyasiyanın səviyyəsini qiymət indeksi müəyyən edir. Yaranma səbəbinə görə inflyasiya iki qrupa bölünür: tələb inflyasiyası və təklif inflyasiyası.

İqtisadiyyatda tələbin artması cəmiyyətin istehsal imkanlarını xeyli geridə qoyaraq qiymətlərin yüksəlməsinə, yəni inflyasiyaya gətirib çıxarır.

Təklif inflyasiyası (xərc inflyasiyası) zamanı isə qiymətləri tələb deyil istehsal xərcləri artırır. Belə ki, məhsul vahidinin istehsal xərclərini artıran amillər həm də inflyasiyanı törədən amillər kimi çıxış edir.

Eyni zamanda, ölkə iqtisadiyyatında əmək haqqı səviyyəsinin yüksəldilməsi ilə bağlı olan inflyasiya istehsal məsrəflərinin artması ilə yaranan inflyasiyanın tərkib hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Tempinə görə inflyasiya, əsasən, 4 cür fərqləndirilir: normal (illik 4%-ə qə dər), sürünən (4-20%), yüksək (20-200%) və hiperinflyasiya (200%-dən yüksək). Yaranma səbəblərindən irəli gələrək inflyasiya gözlənilən və gözlənilməz olur. Birincisi, adətən, hökumətin həyata keçirdiyi iqtisadi tədbirlərin nəticəsi kimi, ikincisi isə makro-iqtisadi səviyyədə baş verən gözlənilməz dəyişmələrin nəticəsi kimi meydana çıxır.

2) Deflyasiya- İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azalması (inflyasiyaya əks olaraq), adətən inflyasiyanın azaldılması üçün tətbiq edilən və əsasən tədavüldən artıq pul kütləsinin müəyyən hissəsinin çıxarılmasına yönəldilmi tədbirlər nəticəsində makroiqtisadi tarazlığın pozulması, o cümlədən iqtisadiyyatda məcmu tələb səviyyəsinin aşağı düşməsi nəticəsində qiymətlərin azalması və bundan asılı olaraq istehsalın azalması ilə iqtisadi böhranın müşahidə olunması. Bu zaman iqtisadiyyatda inflyasiyanın əksi olan proses baş verir. Deflyasiya zamanı qiymətlərin ümumi səviyyəsi aşağı düşür, pulun alıcılıq qabiliyyəti artır (əks inflyasiya). Dövlət deflyasiya sindromunu aradan qaldırmaq üçün müxtəlif vasitələrlə antideflyasiya tədbirlərini həyata keçirir.  

3) Revalvasiya - Ölkənin valyuta məzənnəsinin digər ölkələrin valyutasına nisbətdə rəsmi yüksəldilməsi. Devalvasiyanın tərsidir.

4) Devalvasiya - Milli valyuta məzənnəsinin xarici valyutaya nisbətdə, yaxud milli pul nişanlarının real qızıl tutumunun (tərkibinin) aşağı düşməsi. Devalvasiya ölkə iqtisadiyyatında baş verən müxtəlif maliyyə böhranları, yaxud qeyri-tarazlığı, o cümlədən inflyasiya, tədiyyə balansında uzun müddət davam edən kəsrli vəziyyətin nəticəsi kimi baş verir. Devalvasiya prosesi dövlətin bu prosesə müdaxiləsi baxımından 2 qrupa ayrılır: açıq devalvasiya, qapalı devalvasiya.

Açıq devalvasiya – dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcm də dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edilməsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.

Qapalı devalvasiya – dövlətin məqsədli müdaxiləsindən kənar öl kə iqtisadiyyatında baş verən devalvasiya prosesi. Bu zaman köhnə pul nişanələrinin yeniləri ilə əvəz olunması, yaxud dövriyyədən zəruri miqdarda milli valyutanın yığılması həyata keçirilmir. Bunlarla yanaşı, rəqabət devalvasiyasına da rast gəlinir.

Bu, dünya bazarında milli məhsulların rəqabət qabiliyyətini artırmaq, beləliklə də milli ixracı stimullaşdırmaq üçün dövlət tərəfindən məqsədli şəkildə həyata keçirilən devalvasiyadır. Bu  zaman xarici valyutaya nisbətdə milli valyuta məzənnəsi ucuzlaşır və ölkə daxilində istehsal olunmuş məhsul dünya bazarında daha aşağı qiymətə malik olur. Beləliklə, qiymət amilinə görə bu məhsullar dünya bazarında yüksək rəqabət qabiliyyəti qazanır.

5) Staqflyasiya - Milli istehsalın ciddi şəkildə aşağı düşməsi nəticəsində makroiqtisadi qeyri-tarazlıq, o cümlədən yüksək işsizlik və inflyasiya səviyyəsi ilə müşahidə olunan iqtisadi durum, vəziyyət.