“Invest-AZ” investisiya şirkəti nizamnamə kapitalını 54% artırıb | Banco.az

“Invest-AZ” investisiya şirkəti nizamnamə kapitalını 54% artırıb

“Invest-AZ İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 430 min manat və yaxud 53,75% artıraraq 800 min manatdan 1,23 mln. manata çatdırıb.

Bu barədə KİV-i Vergilər Nazirliyinə istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildən fəaliyyət göstərir. Kapital artımına qədər onun səhmlərinin 60%-i Elşən Quliyevə, 40%-i isə Ceyhun Abdullayevə məxsus olub.

İnvestisiya şirkəti əlavə vəsait qoyuluşundan sonra səhmdarların pay bölgüsünün dəyişib-dəyişmədiyinə aydınlıq gətirməkdən imtina edib. 

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et