OPEC, təşkilata üzv olmayan 10 ölkə, o cümlədən Azərbaycanla daimi ittifaq yaratmağa çalışır.
Bu barədə OPEC - in Monitorinq Komitəsinin Əlcəzairdə keçirilən iclasını şərh edərkən "S&P Global Platts" yazıb.
Siyahıya Azərbaycanla yanaşı, Rusiya, Meksika, Qazaxıstan, Oman, Malayziya və başqaları daxildir.
Səudiyyə Ərəbistanı energetika naziri Xalid Əl-Fəlihin sözlərinə istinad edən S&P yazır ki, bu, 2019-cu ildə bazarın sabitliyini təmin etmək üçündür.
report.az