Henley&Partners şirkəti ölkələr üzrə passportların reytinq cədvəlini açıqlayıb. Reytinq cədvəlində bir ölkənin vətəndaşlarının digər ölkələrə azad səyahəti əsas meyar olaraq qəbul olunub.
Siyahıda Azərbaycan 72 yerə layiq görülüb. Beləki, verilən məlumata görə, vətəndaşlarımız 66 ölkəyə vizasız səfər edə bilərlər. Məlumat üçün bildirək ki, daha əvvəlki illərdə ölkəmiz reytinq cədvəlində 74-cü yerdə qərarlaşmışdı. Lakin yaxın zamanlarda ölkədə passportla bağlı edilən dəyişiklik bu mənada müsbət təsirini göstərib.
Bu ilin yekun cədvəlində liderlik Sinqapur və Yaponiyaya məxsusdur. Bu ölkənin vətəndaşları vizasız 189 ölkəyə səfər edə bilərlər. İkinci yerə 188 ölkəni vizasız gəzmə haqqını öz vətəndaşlarına verən Almaniya sahiblənib. Üçüncü yerə 7 ölkə layiq görülüb. Bunlara Danimarka, İsveç, İtaliya, Cənubi Koreya, İspaniya, Fransa, Finlandiya aiddir, hansı ki, bu ölkənin vətəndaşları 187 ölkəyə vizasız səfər edə bilərdilər.
Köhnə Viza məhdudiyyətlər indeksi kimi tanınan Passport İndeksi 2006-cı ildən İsveçrənin Henley & Partners şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası (IATA) ilə əməkdaşlıq çərçivəsində tərtib edilmişdir.
Həmçinin maraqlı ola bilər: Pulla vətəndaşlıq alacağınız ölkələr hansılardır?
Nəcibə Yusifova, Banco.az