Pulla vətəndaşlıq alacağınız ölkələr hansılardır? | Banco.az

Pulla vətəndaşlıq alacağınız ölkələr hansılardır?

Bir çox ölkələrdə vətəndaşlıq almaq olduqca çətindir. Bir çox hallarda vətəndaşlıq almaq üçün olduqca böyük miqdarda yatırım etmək tələb olunur. Amma bu bəzi ölkələrdə fərqli həyata keçirilir. Bunun üçün ölkə passport qarşılığında siz həmin ölkələrə müəyyən olunmuş məbləğdə pul köçürməlisiniz. Bu yazıda 10 belə ölkədə passport almaq üçün tələb olunan məbləği açıqlayacağıq. Xatırladaq ki, araşdırma Bloomberg şirkəti tərəfindən həyata keçirilib.

Beləliklə, bu məbləğ Avstriyada (23,75 mln dollar), Kiprdə (2,375 mln dollar), Malta (1,065 mln dollar), Türkiyədə (1 mln dollar), Vanuat (226,500 dollar), Qrenada(208.000 dollar), Sent-Kist və Nevis (150.000 dollar), Sent-Luiz (100.000 dollar), Dominik (100.000 dollar) ,Antiquada və Barbudda (100.000 dollar) təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Hər bir ölkədə bu qaydalar dəyişir. Beləki, Avstriya müntəzəm olaraq ölkə iqtisadiyyatına yatırım etməyi şərt qoyarkən, digər ölkələrdə bu qayda bir qədər fərqlilik təşkil edir. Bu sahə üzrə ekspert olan Henley & Partners  şirkətinin sahibi Kristian Kalin digər ölkələrdə vətəndaşlıq, başqa sözlə ikili vətəndaşlığa sahib olmağın bir sıra səbəblərini açıqlayıb. Onun sözlərinə görə, biznes adamları bu yolla həm öz sərvətlərinin risk qarşısında qalmasının qarşısını alır yaxud öz statuslarını nümayiş etdirirlər.

“Əgər sizin yaxtanız və təyyarəniz varsa, onda sahib olmaq istəyəcəyiniz növbəti şey Malta passportu olacaq.” deyə o, bildirib.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et