Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü 22 avqust tarixində etdiyi açıqlamada bildirdi ki, ABŞ Milli Təhlükəsizlik Müşaviri Con Boltonun Türkiyənin iqtisadi vəziyyəti ilə bağlı söylədikləri ABŞ Administrasiyasının NATO – nun üzvü olan Türkiyəni iqtisadi müharibənin bir hissəsinə çevirməyə çalışdığını göstərir.
Con Boltonun “Reuters” xəbər agentliyinə verdiyi müsahibəyə yazılı cavab olaraq Ərdoğanın sözçüsü İbrahim Kalın qeyd etdi ki, ABŞ Administrasiyasının ən sonuncu stategiyası NATO – nun əsas prinsip və dəyərlərinə ziddir.
Türkiyə və ABŞ arasında keşiş Endrü Brunsonun həbs edilməsi ilə bağlı yaranan ciddi bir anlaşmazlıq hökm sürməkdədir. Bu mübahisə türk milli valyutası lirənin məzənnəsinin kəskin aşağı düşməsi ilə nəticələnmişdi.
İsrailə səfəri zamanı Con Bolton bildirdi ki, o, Qətər Əmirinin Türkiyəyə 15 milyard dollar dəyərində “Türkiyə iqtisadiyyatına heç bir fayda gətirməyəcək” yardım vədinə şübhə ilə yanaşır.
“Onun bəyanatları Tramp Administrasiyasının NATO müttəfiqini iqtisadi müharibənin bir hissəsinə çevirmək istədiyini sübut edir,” deyə Kalın bildirdi.
“Tramp Administasiyası qəbul edir ki, hökumət tarif və sanksiyalardan qlobal ticarət müharibəsini başlatmaq üçün istifadə etmək niyyətindədir,” deyən Kalın, ABŞ – ın Meksika, Kanada, Avropa və Çin ilə olan bənzər münaqişələrinə də toxundu.
“Türkiyənin heç bir ölkə ilə iqtisadi müharibəyə başlamaq niyyəti yoxdur. Lakin bu, bizim iqtisadi və hüquqi sistemimizə qarşı hücum edildiyi zaman səssiz qalacağımız demək deyildir,” deyə o qeyd etdi.
Münasibətlər gərginləşdikcə Tramp hökumətinin Türkiyədən edilən metal idxalı üzərinə qoyduğu tarifləri iki dəfə artırması Ankaranı da ABŞ – dan idxal edilən avtomobillər, spirtli içkilər və tütün məmulatları üzərinə eyni miqdarda tariflər qoymağa sövq etdi.
Kalın həmçinin Türkiyənin digər ölkələrlə birlikdə məhdudlaşdırıcı və ağır tədbirlərə qarşı mübarizə aparacağını da vurğuladı.
Tamara Mustafayeva, Banco.az