"Kapital Bank" bu il 93 milyon manatdan çox xalis mənfəət gözləyir | Banco.az

"Kapital Bank" bu il 93 milyon manatdan çox xalis mənfəət gözləyir

"Kapital Bank" ASC 2018-ci ilin yekununda faz gəlirlərinin 272,37 milyon manat, faiz xərclərinin 80,452 milyon manat, qeyri-faiz gəlirlərinin 115,011 milyon manat, qeyri-faiz xərclərinin isə 158,272 milyon manat olacağını proqnozlaşdırır.

Bu barədə Bankın Emissiya Prospektində məlumat verilir.

Bankın proqnozlarına əsasən, bu il onun xalis əməliyyat mənfəəti 148,657 milyon manat olacaq ki, bunun da 30,751 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına, 24,785 milyon  manatı isə mənfəət vergisinin ödənilməsinə yönəldiləcək.

Ən sərfəli kredit üçün müraciət et

Son nəticədə "Kapital Bank" bu ili 93,121milyon manat xalis mənfəətlə başa vurmalıdır.

© Report

 

Ən sərfəli krediti almaq üçün müraciət et