Azər Türk Bank korporativ müştərilərə maaş kartlarını pulsuz verəcək | Banco.az

Azər Türk Bank korporativ müştərilərə maaş kartlarını pulsuz verəcək

Dövlət bankı Azər Türk Bank fəaliyyətinin 23 illiyi münasibətilə hüquqi şəxs və fərdi sahibkarlar üçün xidmət və məhsullar üzrə “Biznesiniz əlavə xərclərsiz!” adlı güzəşt kampaniyasına başlayıb.

Kampaniya ərzində Azər Türk Bankla əməkdaşlığa başlayan təşkilatlara, işçiləri üçün, üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcək və ilk məvacibin köçürülməsi zamanı komissiya tutulmayacaqdır. Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz tutulmur.

Kampaniya dövründə cari hesabların açılması üçün ödəniş tələb olunmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Bank hüquqi şəxs olan müştərilərinə üçillik xidmət müddətli MasterCard Business ödəniş kartı, fərdi sahibkarlara Sahibkar Kartı hədiyyə edir.

Kampaniyanın müddəti 9 sentyabrda bitir.

Daha ətraflı məlumatı  www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Eləcə də, artıq bankla Whats App vasitəsilə də əlaqə saxlamaq mümkündür - (055) 7770-945