Dünyanın ən çox qazanan 100 idmançısı açıqlandı: Siyahıda qadın idmançı yoxdur | Banco.az

Dünyanın ən çox qazanan 100 idmançısı açıqlandı: Siyahıda qadın idmançı yoxdur

ABŞ-ın biznes jurnalı Forbes dünyanın ən çox gəlir əldə edən idmançılarının siyahısını açıqlayıb. 100 idmaçının yer aldığı siyahıda heç bir qadın idmançı özünə yer tuta bilməyib.

Forbes jurnalının ən çox qazanan idmançılar siyahısı səkkiz ildir ki, yayımlanır. Siyahıda qadın idmançılara rast gəlinməməsi isə bir ilkdir.

Keçən il siyahıda adı qeyd edilən yeganə qadın idmançı ABŞ tennisçisi Serena Williams idi. Williams ötən il qızı Aleksi dünyaya gətirdiyi üçün hamiləlik və doğum sonrası turnirlərə qatılmamışdı.

Əvvəllər 10.000 metrə qaçışda Avropa çempionu olan İngilis atlet Jo Pavey heç bir qadın idmançının yer almadığı bu siyahı üçün “Məyusedici haldır” şərhini bildirib.

Ingiltərənin Daily Telegraph qəzeti Paveyin “Qadın idmançıların ekranlarda daha çox görünməsinin təmin edilməsi üçün səylər göstərilsə də, aydındır ki, bu səylər kifayət deyildir. Çoxlu sayda insanlara rol model olacaq qadın idmançılar var. Onlara şans tanınmalıdır” açıqlamasını yayımlayıb.  

Ən çox qazanan 100 idmançıdan 40-ı ABŞ basketbolçuları, 18-i Amerika futbolçuları, 14-ü isə beysbol oyunçusudur.

Siyahının ilk onluğu ilə tanış olun:

İdmançı Sahəsi Qazancı
Floyd Mayweather boksçu 285 milyon dollar
Lionel Messi futbolçu 111 milyon dollar
Kristiano Ronaldo futbolçu 108 milyon dollar
Koron McGregor MMA 99 milyon dollar
Neymar futbolçu 90 milyon dollar
Lebron Ceyms basketbolçu 85,5 milyon dollar
Roger Federer tennisçi 77,2 milyon dollar
Stefen Karri basketbolçu 76,9 milyon dollar
Matt Ryan Amerika futbolu oyunçusu 67,3 milyon dollar
Matthew Stafford Amerika futbolu oyunçusu 59,5 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Təqaüdə çıxacağını açıqlayan boksçu Floyd Mayweather son yeddi ildə olduğu kimi bu ilki siyahının da ilk sırasında yer tutub. Məşhur boksçunun əldə etdiyi gəlirin böyük bir qismi 2017-ci ilin avqust ayında Konor McGregor ilə çıxdığı boks matçından gəlmişdir.

Siyahıdakı göstəricilər idmançıların 1 iyun 2017- 1 iyun 2018 tarixləri arasında əldə etdikləri bütün maaş, bəxşiş və sponsorluq gəlirləri hesablanaraq qeyd edilmişdir.

Tamara Mustafayeva, banco.az