Banklar aktivlərindən səmərəli istifadə edirmi? - ROA əmsalı üzrə renkinq! | Banco.az

Banklar aktivlərindən səmərəli istifadə edirmi? - ROA əmsalı üzrə renkinq!

ROA (Return on assets) əmsalı bir müəssisənin ümumi aktivlərindən istifadə edərək nə qədər mənfəətli olduğunu göstərən göstəricidir. Bu göstərici hər bir şəxsə, şirkət menecmentinin mənfəət əldə etmək üçün aktivlərindən nə qədər effektiv istifadə etdiyi haqqında məlumat verir.

Belə ki, ROA əmsalı şirkətin xalis mənfəətinin onun ümumi aktivlərinə faiz nisbətidir. 

Bu əmsalın önəmini daha qısa belə izah edək. Məsələn, A şirkətinin aktivləri 50 mln. manat, xalis mənfəəti isə 20 mln. manatdır. B şirkətinin aktivləri isə daha az, 30 mln. manat, xalis mənfəəti isə 15 mln. manatdır. Hansı şirkətin daha effektiv çalışdığını öyrənmək üçün ROA əmsalını müəyyən edək. Bu zaman, A şirkətinin ROA əmsalı 40%, B şirkətinin isə 50% olur. Bu isə onu göstərir ki, A şirkətinin aktivləri və xalis mənfəəti B şirkətindən çox olsa da, B şirkəti mənfəət əldə etmək üçün daha az aktivdən daha səmərəli istifadə edir.

ROA əmsalı hər bir manat (istənilən valyuta) aktivə nə qədər xalis mənfəət düşdüyünü göstərir.

Gəlin banklar üzrə ROA əmsalını hesablayaq və banklarımızın aktivlərindən nə qədər səməmərəli istifadə etdiyini, hər bir manat aktivin yaratdığı xalis mənfəəti müəyyən edək.

2018-ci ilin birinci rübünün göstəriciləri əsasında banklarımızın ROA əmsalı üzrə REYTİNQİ:

Bank

ROA

(%-lə)

 
 

Bank Silkway

2,37%

 

Bank Avrasiya

1,99%

 

Azərbaycan Beynəlxalq Bankı

1,66%

 

AFB Bank

1,11%

 

Unibank

0,82%

 

Ziraat Bank

0,75%

 

Kapital Bank

0,70%

 

Günay Bank

0,66%

 

NBC Bank

0,37%

 

Xalq Bank

0,34%

 

Express Bank

0,21%

 

ASB Bank

0,19%

 

Paşa Bank

0,18%

 

YapıKrediBank

0,16%

 

Bank BTB

0,10%

 

Bank of Baku

0,08%

 

AzərTürkBank

0,06%

 

AtaBank

0,06%

 

TuranBank

0,04%

 

Bank Respublika

0,03%

 

Rabitəbank

0,02%

 

Nikoil Bank

-0,06%

 

Bank VTB

-0,16%

 

Muğan Bank

-0,37%

 

AG Bank

-0,64%

 

AccessBank

-1,04%

 

AmrahBank

-2,71%

 

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et