Bu il müddətli əmanətçilərin sayı 31% artıb | Banco.az

Bu il müddətli əmanətçilərin sayı 31% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin iyun ayının 1-nə bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 216 124 olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, unikal müddətli əmanətçi sayı illik müqayisədə 30.9% (51 063 əmanətçi) artıb.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə isə 11.3% (21 990 əmanətçi) çoxdur.

    Qeyd edək ki, unikal müddətli əmanətçi bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram