Bitkoin bu il 50% dəyərdən düşüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bitkoin bu il 50% dəyərdən düşüb

2017-ci ildə bitkoin investorların kriptovalyutalara qarşı müsbət münasibətindən nəticəsi olaraq 1 375% bahalaşsa da, bu il vəziyyət kəskin dəyişib. 

Rusiya mətbuatına istinadən xəbər verilir ki, 2018-ci ilin I rübü bitkoinin dövriyyəyə buraxıldığı 2010-cu ildən indiyə qədər onun üçün 2-ci ən uğursuz rüb olub. 

Yanvar-mart aylarında kriptovalyuta 50% dəyər itirib və 6 900 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bundan daha pis vəziyyət isə 2011-ci ilin III rübündə qeydə alınıb. Həmin vaxt bitkoin 68% dəyərdən düşüb. Onu da qeyd edək ki, əgər 2011-ci ildəki rekord azalma vaxtı investorlar hər bitkoin üçün 11 dollar itirdikləri halda, 2018-ci ildə bu məbləğ 6 750 dollar təşkil edib.

Bitkoinin ucuzlaşması kriptovalyuta bazarında baş verən enmələr fonunda baş verib. Belə ki, efiriumun qiyməti bu il yanvar ayının ortasında 1 369 dollara çatsa da, rübün sonunda bu rəqəm 394 dollar olub. Yəni, rkiptovalyuta 70%-dən çox ucuzlaşıb. "Ripple"in qiyməti isə yanvarın 4-dəki 3,84 dollardan 0,52 dollara düşüb. Hesabat dövründə kriptovalyuta bazarının ümumi kapitallaşması isə 54% azalaraq 277 mlrd. dollar təşkil edib. 

Mənbə: Report.az