Azərbaycan İnvestisiya Şirkəti mənfəətini açıqlayıb | Banco.az

Azərbaycan İnvestisiya Şirkəti mənfəətini açıqlayıb

"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) 2006-2017-ci illər ərzində 47 mln. manat xalis mənfəət əldə edib. 

Bunu şirkətin ötənilki fəaliyyətinə dair mətbuat konfransında qurumun icraçı direktoru Rövşən Nəcəf deyib. 

Onun sözlərinə görə, son 12 ildə AİŞ-in əməliyyat gəlirləri  74 mln. manat. əməliyyat xərcləri 15 mln. manat, mənfəət vergisi ödəmələri isə 12 mln. manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

"Ötən il isə şirkətin əməliyyat gəlirləri 4,785 mln. manat, əməliyyat xərcləri 1,839 mln. manat, mənfəət vergisi ödəmələri 589 min manat, əldə etdiyi dividentlər 1,253 mln. manat, gəlirdən çıxılmayan xərcləri 872 min manat, xalis mənfəəti isə 2,738 mln. manat olub", - deyə R.Nəcəf əlavə edib. 

Report.az