"Meqa Sığorta" şirkətinin loqosu yenilənib | Banco.az

"Meqa Sığorta" şirkətinin loqosu yenilənib

Ötən il ərzində ümumilikdə 6 fərqli istiqamətdə fəaliyyət göstərən şirkət üçün brendinq xidmətini həyata keçirən "Apamark" Marketinq və PR şirkəti, bu dəfə bazarın aparıcı sığorta şirkətlərindən olan Meqa Sığorta şirkətinin loqosuna yenilik gətirib.

Loqo “Aykonik” (Iconic) üslubda yığılıb. Loqonun hazırlanmasında sığorta şirkətinin adındakı “M” hərfi daha müasir və fərqli formada təqdim olunub.

"Apamark" şirkətinin Qrafik dizayneri Bəhruz Manafovun sözlərinə görə, "Meqa Sığorta" şirkəti tərəfindən qarşıya qoyulan məqsəd şirkətin loqosunda əks olunan “M” hərfinə yeni nəfəs gətirmək olub: "Biz də şirkət olaraq çalışdıq ki, təqdim etdiyimiz loqo nümunəsində şirkətin xidmətlərində olan innovativliklər, yeniliklər bu loqo da öz əksini tapsın. Biz bilirdik ki, tenderdə digər şirkətlərdə iştirak edir və rəqabət güclü olacaq. Biz çox şadıq ki, şirkətin fəaliyyətində olan yeniliklərini bu loqo da əks etdirməyi bacarmışıq. Şirkətimiz tərəfindən Meqa Sığortaya 3 loqo konsepti təqdim olunub və onların arasından bu loqonun üzərində qərarlaşdıq. Yeni loqo şirkətə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Apamark" Marketinq və PR şirkəti hal-hazırda "Meqa Sığorta" şirkətinin yeni saytı üzərində işlər aparır. Saytın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.

Apa.az