Bank of Baku-nun Departament Direktoru Anar Abbasova daha bir vəzifə verilib.
Belə ki, Bankın "Partnyorlarla İş və Alternativ Satışlar Departamenti"nin Direktoru, "Məhsulların Yaradılması Komitəsi"nin sədri olan Anar Abbasov yeni bir vəzifəyə təyinat alıb. Bank sektorunda çoxsaylı yenilikləri, innovativ layihələri yaradıcısı kimi tanınan Anar Abbasov əsas iş yeri olan Bank of Baku-da fəaliyyətini davam etdirməklə yanaşı, Gürcüstanda fəaliyyət göstərən Prime Insurance sığorta şirkətinin Müşahidə Şurasının sədr müavini vəzifəsinə təyin olunub. Prime Insruance şirkəti Gürcüstan bazarında fəaliyyət göstərən aparıcı sığorta şirkətlərindən biridir.
Qeyd edək ki, Anar Abbasov 2008-ci ildən Bank of Baku-da çalışır.