Azərbaycanın ilk özəl kredit bürosu fəaliyyətə başladı | Banco.az

Azərbaycanın ilk özəl kredit bürosu fəaliyyətə başladı

Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkəmizdə ilk özəl kredit bürosu - “Azərbaycan Kredit Bürosu” MMC yaradılmışdır. Banco.az xəbər verir ki, hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb.

 “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büronun Baş Direktoru Elçin Həbibov təyin edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcəkdir.

 

“Azərbaycan kredit bürosu” MMC-nin mərkəzi ofisi “World business center” iş mərkəzində (Səməd Vurğun küçəsi, 43) yerləşir. 

Ən sərfəli krediti almaq üçün müraciət et