Rabitəbank
"Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin baş mütəxəssisi/ eksperti
Vakansiya haqqında məlumat:
Kart Biznesi departamentinin "Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin baş mütəxəssisi/ eksperti
Əsas vəzifələri:
- Yeni ticarət müəssisələrini (elektron mağazalar daxil olmaqla) və partnyorlarını cəlb etməklə Bankın ekvayerinq şəbəkəsinin genişləndirilməsi və inkişafı;
- Bankın ekvayerinq şəbəkəsi üzrə partnyorlar bazasına dəstək və nəzarət;
- Bankın ekvayerinq şəbəkəsinin inkişafına dair təkliflərin hazırlanması və layihələrin aparılması;
- Pos terminalların proqramlaşdırılması və texniki dəstəyin həyata keçirilməsi;
- Zərurət yarandıqda ticarət müəssisələrinə, habelə bankın xidmət şəbəkəsinin işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimlərin keçirilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
- Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır "Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin baş mütəxəssisi / eksperti".