Hüquqi məsələlər Məhkəmə işləri üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Hüquqi məsələlər Məhkəmə işləri üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

Əsas vəzifə öhdəlikləri:

 

• Hər bir məhkəmə, icra qeydi və icra işi üzrə zəruri sənədləri bankın aidiyyəti struktur bölmələrindən, habelə bankdan kənar qurumlardan əldə etmək, aidiyyatı üzrə təqdim etmək və icrasına effektiv nəzarət etməsi;

• İddia ərizələrinin hazırlanması və sənəd paketi ilə məhkəməyə təqdim edilməsi;

• Fəaliyyət istiqamətinə aid hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsallaşma çağırışlarına uyğun təkliflər layihəsinin təşəbbüskarı olmaq və müvafiq təkliflərin şöbə rəhbərinə vermə;

• Məhkəmə və icra işləri üzrə səhih hesabatlığın hazırlanmasının təşkili;

• Hər bir məhkəmə və icra işi üzrə bütün məlumatları əhatə edən borclu müştərilərə qarşı olan məhkəmə işlərinin reyestrini aparılması, onların vaxtında yenilənməsi, habelə müvafiq proqram təminatına yenilənən məlumatların daxil edilməsi;

• Məhkəmə işləri ilə bağlı dövlət qurumlarından və publik hüquqi şəxslərdən daxil olan müraciətlərin vaxtında cavablandırılması;

• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

 

Tələblər

Tələb olunan bilik, bacarıq və təcrübə

 

• Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);

• Tələb olunan iş təcrübəsi: 3-5 il iş təcrübəsi;

• Xarici dillər: İngilis (səlis);

• Kompüter bilikləri: Microsoft Office.

Müraciət üçün daxil olun